|
Azərbaycanın xarici işlər naziri Slovakiyaya getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyaya rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarovun Slovakiyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.