|
Türkiyədə FETÖ əməliyyatı: 6 müəllim həbs olundu
Türkiyənin Malatya əyalətinin 7 rayonunda FETÖ təşkilatına qarşı əməliyyatda saxlanılan 18 müəllimdən 6-sı həbs edilib.
Bu barədə milliyet.com saytı yazıb. Məlumata görə, FETÖ təşkilatı ilə işbirliyində olduğu üçün vəzifədən uzaqlaşdırılmış müəllimlər polis idarəsində ifadə verdikdən sonra məhkəmə qarşısına çıxarılıblar. 
Malatya 2-ci Sülh Cəza məhkəməsinin qararı ilə onlardan 6-sı həbs edilib. 12 keçmiş müəllim isə məhkəmə zalından azadlığa buraxılıb.
Cia.az