|
Qızıl hamburger-

Dubayda 63 dollara qızıl hamburger təqdim olunub.

Hamburger Dubayda keçirilən "Eat The World DXB" qida festivalında hazırlanıb.

Yeməli qızıldan olan hamburgerin tərkibində mal ətindən 5 mərmər kotlet, trüfelli pendir, fua-qra, zəfəranlı mayonez, böyürtkənli ketçup var.

Hamburgeri 24 karat yeməli qızıldan olan yarpaq tamamlayır.

Bu bahalı hamburgerə Dubayda yerləşən və dünyanın ən hündür tikilisi olan "Bürc-Xəlifə" göydələninin adı verilib.

Cia.az