“Qarabağ”a qarşı oynamaq çətindir. Ağdam klubuna qarşı sindromumuz var idi. İstəyirdik o tilsimi qıraq”.
Bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 17-ci turunda “Qarabağ”la oyundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.
O, komandada olan itkilərin oyuna təsir etdiyini bildirib: "İki qalibiyyətdən sonra bu matçda da xal qazanmaq istəyirdik. İtkilərimiz var idi. Yovan Krneta və Sezar Meza Kollinin olamaması çətinlik yaratdı. Növbəti oyunlara baxacağıq. İtkilərimiz də var. Sıx qrafikdə bəzi oyunçulara da istirahət verməyi düşünürük. "Qəbələ" ilə oyuna hazırlaşacağıq".
Cia.az
