|
Beyonsun hamilə xəbəri yalandır? -

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl müğənni Beyonsun hamiləlik xəbəri günün əsas mövzusuna çevrilmişdi.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həyat yoldaşı Cey Zidən əkiz uşaqlara hamilə olan ifaçı açıq-saçıq fotosessiya etdirib, onu sosial şəbəkədə yaymışdı. 

Lakin bu gün sosial şəbəkə istifadəçilərinin bu fotoların yalan olduğunu söyləyən xəbərlər yayılıb.
 
Məlumata əsasən, izləyicilər Beyonsun şəkillərinin fotoşop olduğunu bildiriblər. Onlar ötən ilin noyabr ayında ifaçının Hilari Klintonu dəstəkləyərkən verdiyi konsertdə qamətli göründüyünü və üstündən iki ay keçdikdən sonra qarnının bu qədər böyüdüyünün həqiqət olmadığını vurğulayıblar. 

Digər qərb mətbuatı isə sənətçinin mayalanma yolu ilə yenicə hamilə qaldığını və bu fotosessiyanı özünü qabaqcadan göstərmək istədiyini qeyd edib. 





cia.az