Naxçıvan Muxtar Respublikası əhalisinin sayı açıqlanıb.
Cia.az muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Naxçıvan əhalisinin sayı 450 minə yaxınlaşır.
Komitədən bildirilib ki, 2016-cı ilin dekabrın 1-ə olan məlumata görə, muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4815 nəfər və ya 1,1 faiz artaraq 448807 nəfər təşkil edib.
Cia.az
