|
Ermənistanda fövqəl hadisə baş verməsə...
Ermənistanda fövqəladə hadisə baş vermədiyi halda, böyük ehtimalla, Serj Sərkisyanın Respublikaçılar Partiyası parlamentdə çoxluğu qoruyub saxlaya biləcək.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib. Deputat Ermənistanda bu il baş tutacaq parlament seçkisinə Rusiyanın müdaxiləsini istisna etməyib:
“Düzdür, hazırda müxalifət aktivləşib. Ancaq Ermənistanda fövqəladə hadisə baş verməsə, böyük ehtimalla, Serj Sərkisyanın Respublikaçılar Partiyası parlamentdə çoxluğu qoruyub saxlaya biləcək. Sərkisyan da, indiki baş nazir də birbaşa Rusiyanın adamıdır. Faktdır ki, bu gün Ermənistanda Rusiyanın adamı olmayan çox az siyasətçi var”.
 
Qeyd edək ki, bu il aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək, ölkə parlament idarə sisteminə keçəcək, baş nazirin səlahiyyətləri prezidentdən daha çox olacaq. Məhz buna görə də Sərkisyan indidən bütün opponentlərini təmizləyir.
Cia.az