|
ABŞ nüvə silahından istifadə doktrinasını yenidən nəzərdən keçirəcək
ABŞ cari ilin yazında  nüvə silahından istifadə doktrinasını yenidən nəzərdən keçirəcək. 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Hava Qüvvələrinin rəisi general Devid Qoldfeyn bildirib.
“Güman edirəm, yaz aylarında biz nüvə silahından istifadə doktrinamızı yenidən nəzərdən keçirəcəyik”, - deyə general jurnalistlərə brifinqdə bildirib.    
Cia.az