|
Moldovada NATO-nun ofisi yaradılacaq
NATO Moldovada əlaqə ofisi açmaqla, bu ölkəyə hərbçi göndərmək niyyətində deyil. 
Bu, sadəcə, diplomatik missiyadır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Alyansın baş katibinin müavini Rouz Getemüller deyib.   
Qeyd edək ki, Moldova prezidenti İqor Dodon bundan əvvəl Kişinyovda NATO-nun Əlaqə Bürosunun yaradılmasının əleyhinə olduğunu qeyd edib.  
“Bu il Kişinyovda NATO-nun əlaqə üzrə yeni ofisi yaradılacaq. Bu hərbi baza deyil, mülki şəxslərin çalışacağı kiçik bir diplomatik missiyadır. NATO hərbçiləri Moldovaya göndərilməyəcək. NATO-nun ofisləri Moskva, Ukrayna, Gürcüstan kimi digər tərəfdaş ölkələrdə də yaradılmışdır”, - deyə Getemüller Dodonla görüşündən sonra bildirib.    
Cia.az