81 faiz meksikalı Donald Trampın ABŞ prezidenti kimi işini bəyənmir.
Bunu "Consulta Mitofsky" sosioloji şirkətin apardığı sorğu göstərib.
Məlumata görə, sorğu Tramp prezident vəzifəsinə gəldikdən doqquz gün sonra keçirilib. Meksikada soruşulanların cəmi dörd faizi Trampın işini müsbət qiymətləndirib.
Qeyd edək ki, Tramp vəzifəsinə başlamazdan öncə iki ölkə arasında sərhəddə hasar ucaldacağını bildirmişdi.
Cia.az
