|
BP bu il layihələrə 16-17 mlrd. dollar sərmayə qoymağı planlaşdırır
BP şirkəti bu il layihələrinə 16-17 mlrd. dollar sərmayə qoymağı planlaşdırır.
 
“Report” xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.
 
Bildirilib ki, ötən il şirkətin investisiya xərcləri 17 mlrd. dollar olub, 2015-ci ildə isə şirkətin investisiya xərcləri 19,5 mlrd. dollar təşkil edib.
 
BP 2015-ci ildəki 6,48 mlrd. dollarlıq zərərə qarşı 2016-cı ildə 115 mln. dollar xalis mənfəət əldə edib.
 
Ötən ilin IV rübündə isə şirkətin xalis gəliri 497 mln. dollar təşkil edib. Ötən il şirkətin gündəlik hasilatı isə 0,5% azalaraq 2,208 mln. barel neft ekvivalenti olub.
Cia.az