|
Toya qədər intim münasibətdə olmayacaqlar

Model Miranda Kerr nişanlısı Evan Şpigellə ortaq qərar qəbul ediblər.
Cütlük toya qədər intim münasibətdə olmaq fikrində deyil. Jurnalistlərin “Miranda bu yaxınlarda uşaq haqda fikirləşirmi” sualına model belə cavab verib:
“Xeyr, indi yox. Yalnız toydan sonra. Nişanlım adət-ənənələrə hörmətlə yanaşan biridir. Demək istəyirəm, hər şeyin öz vaxtı var”.
Qeyd edək ki, Kerrin nişanlısı, amerikalı milyarder E.Şpigel "Snapchat"ın ortaqlarından biridir

Cia.az