|
Ərdoğan Trampa zəng edəcək

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.

 

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evdən bildirilib.

 

Telefon danışığı fevralın 8-nə keçən gecə, Türkiyə vaxtı ilə saat 00:05-də başlayacaq. Əsas müzakirə mövzularının ikitərəfli əlaqələr və Suriya məsələsi olacağı gözlənilir.

Cia.az