|
İlhamə Quliyevanın köməkçisi azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Cia.az-ın APA-ya istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Hüseynova barəsində 1 il 3 ay müddətinə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

Xatırladaq ki, prokuror İlhamə Quliyevanın köməkçisinə 8 illik həbs cəzası verilməsini istəmişdi. 

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb. 

İ. Quliyeva ötən il fevralın 25-də dünyasını dəyişib.

Cia.az