|
Şəmkirdə 10 yaşlı uşaq kəndirlə boğularaq ölüb
Şəmkirdə 10 yaşlı uşaq faciəli şəkildə ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, fevralın 6-da Şəmkir şəhərində yaşayan 10 yaşlı Röyal Qasımov həyətlərində ağacdan asılan kəndirlə oynayarkən ehtiyatsızlıqdan kəndir boğazına dolandığından, boğularaq ölüb. 
Faktla bağlı araşdırma aparılır.
Cia.az