ABŞ ordusunun zirehli tank batalyonunun piyada alayının ağır texnikası bu gün Estoniyaya gətirilib.
Bu barədə Estoniya müdafiə qüvvələrinin baş qərərgahından məlumat yayıblar. Tallindəki ABŞ səfirliyindən bildiriblər ki, alayın silahlarına dörd tank "M1A2 Abrams" və 15 "Bradley" piyada maşını daxildir.
Baş qərərgahdan verilən məlumata görə, piyada alayının ağır texnikası artıq Tapa stansiyasına çatıb. Alayın şəxsi heyətinin isə Estoniyaya ötən həftə getdikləri bildirilib.
Cia.az
