|
Tramp: “NATO-nun bütün üzvləri Alyansa üzvlük haqqı ödəməlidir”
NATO-un ayrı-ayrı deyil,  bütün üzvləri Alyansa üzvlük haqqı ödəməlidir.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatında hərbçilərlə görüşdə deyib.
 
“Biz ciddi şəkildə NATO-nu dəstəkləyirik. Yalnız istəyimiz budur ki, NATO-un ayrı-ayrı deyil,  bütün üzvləri Alyansa üzvlük haqqı ödəsin”, deyə D.Tramp bildirib.
 
Yanvarda  D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandıraraq bildirmişdir ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir. 
Cia.az