Türkiyənin Siirt şəhərində satılarkən nəsli təhlükədə olduğu anlaşılan oxatan kirpi təbiətə buraxılıb.
Yoxlama aparan polis qrupları, bir nəfərin qəfəs içərisində oxatan kirpini 40 türk lirəsinə satmağa çalışdığını müşahidə ediblər. Polislər kirpini xilas etmək üçün vəziyyəti Təbiət Qoruma və Milli Parklar Siirt şöbə müdirliyinə bildiriblər.
Kirpi tibbi müayinədən sonra təbiətə buraxılıb. Təbiət Qoruma və Milli Parkların Siirt Şöbə müdiri Nevzat Amacalar oxatan kirpinin 10 kq olduğunu bildirib.
Cia.az
