|
Praqada Gürcüstan və Rusiya diplomatlarının görüşü keçiriləcək
Çexiyanın paytaxtı Praqada Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında növbəti görüş keçiriləcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə hər iki ölkənin nəqliyyat idarələrinin nümayəndələri də iştirak edəcək. 2008-ci ilin sentyabrından, iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsindən sonra “Abaşidze-Karasin” formatı Gürcüstan və Rusiya rəsmilərinin yeganə birbaşa dialoq vasitəsidir.
 
Ənənəvi olaraq görüşlərdə ticarət, iqtisadiyyat, nəqliyyat və mədəniyyət məsələləri müzakirə edilir. 
Cia.az