|
Çində 2.7 min il yaşı olan timsah sümükləri tapılıb
Arxeoloqlar ilk dəfə olaraq Çinin mərkəzi hissəsində-Şensi əyalətində yaşı 2.7 min ildən çox olan timsah sümükləri tapıblar. 
Bu barədə "China Daily" qəzeti məlumat yayıb. Arxeoloqların məlumatına görə, mağaradan tapılan timsah sümükləri Qərbi Çjou sülaləsi dövrünə təsadüf edir.  (b.e.ə 11-ci əsrdən, b.e.ə 771-ci ilə qədər)
Bildirilir ki, əvvəllər timsah qalıqları Çinin cənub hissəsində daha mülayim iqlimi olan rayonlarda tapılıb. Şensi əyalətində isə belə tapıntılara ilk dəfə rast gəlinir. Arxeoloqlar güman edirlər ki, qədimdə bu rayonda böyük göl olub.
Cia.az