|
Qəbirsanlıqda cəbbəxana tapıldı

Türkiyədə qəbirsanlıqda cəbbəxana aşkarlanıb. 

Mardin əyalətinin Nusaybin rayonunda, Suriya ilə sərhəddə yerləşən bir qəbirsanlıqdan çox sayda silah-sursat ələ keçirilib. Bu barədə Türkiyə təhlükəsizlik qaynaqlarından məlumat verilib. 
Məlumata əsasən, kəşfiyyat məlumatı alan terrorla mübarizə idarəsinin polisləri hərəkətə keçərək Hacılar məzarlığında axtarış aparıblar. Məzarlıqdan tapılan silah-sursatın PKK terror təşkilatına aid olduğu bildirilib. 
Cia.az