|
Türkiyədə FETÖ əməliyyatı: 22 polis həbs edildi

Türkiyədə FETÖ əməliyyatında saxlanılan 22 polis həbs edilib. 

Həbs edilənlər arasında keçmiş polis rəislərinin də olduğu bildirilib. Məlumata əsasən, yanvar ayında Elazığ prokurorluğu tərəfindən aparılan FETÖ istintaqı çərçivəsində terrorla mübarizə idarəsi tərəfindən vəzifədən azad edilmiş 35 polisin tutulması üçün 16 rayonda təşkil olunan əməliyyatda saxlanılan 33 polis məhkəməyə çıxarılıb. 
Məhkəmə onlardan 22-si haqqında həbs qərarı verib. 11 nəfər isə məhkəmə zalından azadlığa buraxılıb. 
Cia.az