|
Dani Kintana İspaniyada əməliyyat olunacaq

"Qarabağ"ın zədəli futbolçusu Dani Kintana əməliyyat olunmaq üçün bu gün gecə saatlarında İspaniyaya gedəcək.

Bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, D.Kintana Topaz Premyer Liqanın 16-cı turunda AZAL-la oyunda  diz bağları qırılıb. Onun ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Cia.az