Xəbər verdiyimiz kimi, ötən həftə aktrisa Ancelina Coli boşanma ərəfəsində olduğu əri Bred Pitdən aylıq 100 min dollar aliment tələb edib.
Aktrisa eyni zamanda hər uşağın hesabında 5 milyon dollar olanadək onların fond hesabına hər il 250 min dollar pul köçərməyi də tələb edib.
Həmin vaxt Bred tələb olunan məbləği o şərtlə ödəməyə razılıq verib ki, nəzərdə tutulan pul həqiqətən də fonda köçürüləcək.
Lakin bu gün qərb mətbuatının yaydığı məlumata görə, Pitt aliment verməkdən imtina edib. O, nəinki, 6 uşaq üçün pul ödəmək istəmir, hətta, uşaqların himayədarlığını öz üzərinə götürmək üçün əlindən gələni edir.
Cia.az
