|
Bakıda evləri su basdı

Gecə saatlarında paytaxtda yağan yağış bəzi sakinlərə çətinlik yaradıb.

 

Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub.

 

Nəticədə, vətəndaşların evdən çıxması çətinləşib. Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb. Əməliyyat saat 06:22-də başa çatıb.