|
Ukraynada separatçı rejimin rəhbərlərindən biri öldürülüb
Ukraynanın separatçıların nəzarətində olan Luqansk şəhərində avtomobilin partlaması nəticəsində 2 nəfər ölüb.
 
APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, ölənlərdən biri separatçı “Luqansk Xalq Respublikası” milisinin rəhbəri, polkovnik Oleq Anaşenkodur. Hadisə şəhərin Krasnoarmeysk küçəsində baş verib.
 
Separatçı rejimin hüquq-mühafizə orqanları əsas versiya kimi terror aktını nəzərdən keçirir. 
Cia.az