|
Hadı Rəcəbli "qalmaqallı iclas"ı təxirə saldı

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək iclası təxirə salınıb

"Ölkə.Az" xəbər verir ki, iclasın təxirə salınmasının səbəbləri hələlik məlum deyil. 
 
Komitə iclasında "Əmək pensiyaları haqqında" qanununa dəyişiklik layihəsinin müzakirəyə çıxarılması planlaşdırılmışdı. 
 
Fevralın 6-da keçirilməsi nəzərdə tutulan iclasa az sayda-yalnız hökuməti təmsil edən media orqanları dəvət olunmuşdu. Bu qərar digər jurnalistlərin etirazına səbəb olub.
 
Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.
Cia.az