|
Türkiyədə terrorçu PKK-ya üzv olmaqda şübhəli bilinən 20 nəfər tutulub
Türkiyənin Adana bölgəsində terrorçu PKK qruplaşmasına üzv olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb.
 
“Report” “Haber7”yə istinadən xəbər verir ki, Adana əyaləti Təhlükəsizlik İdarəsi 30 müxtəlif ünvanda eyni zamanda anti-terror əməliyyatı keçirib.
 
İnformasiyaya görə, şübhəlilər tibbi müayinədən keçirildikdən sonra sorğu-sual edilmək üçün Təhlükəsizlik İdarəsinə aparılıblar. 
Cia.az