|
DİN-in mətbuat xidmətinin yeni rəisi:

Daxili işlər naziri Ramil Usubov polis polkovniki Ehsan Zahidovun Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəisi təyin olunması barədə əmr imzalayıb.
Əmrə əsasən, indiyədək DİN-in mətbuat xidmətinin rəisi müavini postunu tutan E.Zahidov bundan sonra rəis vəzifəsində çalışacaq.

E.Zahidov yeni təyinatı ilə bağlı cia.az-a danışıb. O bildirib ki, bundan sonra da jurnalistlərlə qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində çalışacaq.

Rəis hələlik müavin postunun boş qaldığını bildirib:

“Uyğun kadr olan kimi təyinat olacaq”.

DİN-in mətbuat xidmətinin sabiq rəisi Sadiq Gözəlov bu yaxınlarda təqaüdə göndərilib. 

Cia.az