Polşada olan 600 əsgərdən ibarət ABŞ tank batalyonu Baltik ölkələrinə yerləşdirilir.
ABŞ Avropa birliyi mənbələri İsveçin SVT televiziya kanalına açıqlama verərək məlumatı təsdiqləyiblər. Mənbənin məlumatına əsasən, ABŞ-ın 600 əsgərdən ibarət tank batalyonu keçmiş sovet ölkələri olan Latviya, Litva və Estoniyaya gətirilir.
Amerikanın hərbi qaynaqlarından verilən məlumata görə, fevralın 2-də 200 nəfərdən ibarət canlı qüvvə Estoniyanın Tapa hərbi bazasına yola salınıb. Çərşənbə axşamı isə 150 əsgərin Litvaya yola salınacağı qeyd edilib. Bundan başqa, 220 əsgərin də bazar günü Latviyada olacağı bildirilir.
Cia.az
