4 il əvvəl Cəbrayılın Cocuq Mərcanlı kəndindən məcburi olaraq Biləcəriyə köç etmiş Həsənovlar ailəsi geri qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildiriblər.
Cocuq Mərcanlı azad edildikdən sonra tez-tez doğma kəndlərinə getdiklərini bildirən ailə dağılmış vəziyyətdə olan kəndin keçmiş vəziyyətinə qaytarılacağına, yeni məktəbin tikiləcəyinə sevindiklərini qeyd ediblər.
Qeyd edək ki, Azərbaycanın Müdaifə Nazirliyi bildirir ki, Cocuq Mərcanlı kəndi ötən ilin aprelində - dördgünlük müharibə zamanı işğaldan azad olunub./Azadlıq Radiosu/
