|
Bakıda mənzildən 52 yaşlı qadının meyiti tapılıb

Paytaxtda mənzildə 52 yaşlı qadının meyiti tapılıb.

Bu barədə cia.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1955-ci il təvəllüdlü Hüseynova Zemfira Əjdər qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 cia.az