|
Hillari Klinton ABŞ-dakı son prezident seçkiləri haqqında kitab yazmağa başlayıb
ABŞ-ın keçmiş dövlət katibi və Demokratlar Partiyasından prezidentliyə sabiq namizəd Hillari Klinton son seçki kampaniyası haqqında kitab yazmağa başlayıb. 

"Report" BBC-yə istinadən xəbər verir ki, kitabın bu ilin payızında çap olunması planlaşdırılır. 
Kitabı daha əvvəl H.Klintonun altı ədəbi əsərini dərc edən "Simon & Schuster" nəşriyyat evi buraxacaq.
 
70 yaşlı H.Klinton ədəbi sahədə fəallaşmasıyla bərabər, ona ödənişli mühazirə turları təşkil edən "Harry Uoker Agentliyi" ilə müqaviləsini də yeniləndiyini açıqlayıb.
Cia.az