|
Astarada yük avtomobili yanıb

Astara rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Astara rayonu, Təngərüd kəndində vətəndaşa məxsus “ZİNO” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cia.az