|
BƏƏ Trampın “islam qadağası”na etiraz etmədi
ABŞ-ın miqrantların ölkəyə gəlişinə məhdudiyyət qoyması öz suveren haqqıdır.
Bunu jurnalistlərə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdulla ibn Zeyd əl Naxayan söyləyib. “ABŞ prezidenti bu suveren haqqından yararlanıb. Bəziləri bu qərarın dinə qarşı yönəldiyini sübut etməyə çalışırlar, amma bu, belə deyil”, – nazir bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 7 islam ölkəsinin vətəndaşlarına 90 gün ərzində viza verilməsini dayandırıb.
Cia.az