Qara dənizdə Rusiyanın nəzarətində olan qazma paltformasından Ukraynanın An-26 karqo təyyarəsinə atəş açılıb.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə naziri Stepan Poltorak deyib.
“Bu gün Ukraynanın iqtisadi bölgəsində, Odessa qaz yatağının yerləşdiyi ərazidə Dəniz Qüvvələrimizə aid An-26 karqo təyyarəsi Rusiya tərəfindən əvvəlcədən ələ keçirilən qazma qülləsindən yüngül silahla atəşə tutulub. Nəticədə təyyarəyə kiçik zərər dəyib. Buna baxmayaraq təyyarə uçuş vəzifəsini tamamlayıb və heyətdən heç kim xəsarət almayıb”, - nazir bildirib.
cia.az
