Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesində tərəflər arasında 2010-ci ildən bu yana siyasi məsləhətləşmələr ilk dəfə bu gün Ankarada keçirilib.
Görüş Türkiyə və İsrail xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutub.
Qeyd edilir ki, bu gün keçirilən görüş ötən ilin iyununda əldə edilən razılıq əsasında olub. Tərəflər enerji, iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
