|
PKK-ya aid silah-sursat ələ keçdi

Türkiyənin Mardin rayonunun Nüsaybin adlanan ərazisində silah-sursat və partlayıcı maddə ələ keçirilib. 

Bu barədə Anadolu Agentliyi məlumat yayıb. Məlumata əsasən,  küçəyə çıxma qadağasının davam etdiyi bölgələrdə axtarış aparılan zaman 4 əl qumbarası, 9 fişəng, 22 müxtəlif növ bomba, minaatan aşkarlanıb. Bombalar təhlükəsiz şəkildə partladılaraq məhv edilib. 
 
Qeyd edək ki, Mardin rayonunun Abdulkadir Paşa, Fırat, Dicle, Yenişehir, Zeynal Abidin, Kışla məhəllələrində küçəyə çıxma qadağası davam edir. Bu məhəllələrdə PKK terrorçularının hücum edərək partlatdığı binalar sökülür. 
Cia.az