|
Türkmənistanda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayır
Bu gün Türkmənistanda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayır.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə fevralın 11-dək davam edəcək. On gün ərzində seçki məntəqələri yerli vaxtla səhər saat 08.00-dan 18.00-dək fəaliyyət göstərəcək.
 
Qanunvericiliyə uyğun olaraq, əsas səsvermə günü, fevralın 12-də müxtəlif səbəblərdən səs verə bilməyən vətəndaşlar bu hüquqdan istifadə edə biləcək. Seçkilərə əlaqədar ümumilikdə 2578  seçki məntəqəsi fəaliyyət göstərəcək.
 
Xatırladaq ki, prezident postuna hazırkı dövlət başçısı Qurbanqulı Berdiməhəmmədov daxil olmaqla, 9 nəfərin namizədliyi irəli sürülüb. 
Cia.az