Sosial şəbəkədə yeni dəb peyda olub. “Thigh makeup” adını daşıyan flaş-mob çərçivəsində qızlar baldırlarına makiyaj edirlər.
Bu barədə “Mashable” portalı xəbər verir. Saytın yazdığına görə, sözügedən məşğuliyyəti kosmetika israfı kimi qiymətləndirmək olar. Çünki qızlar öz bədənlərinə göz, kirpik, qaş, eləcə də üzün başqa hissələrini çəkir, sonradan onları makiyaj edirlər. Bundan öncə isə daha fərqli bir dəb var idi. Sosial şəbəkə istifadəçiləri əllərinə makiyaj çəkirdilər. #handmakeup haştaqı ilə İnstagramda bu sayaq fotoları paylaşan qızların belə tipli 7 minə yaxın fotosu olub.
Noyabr ayında məlum olub ki, sosial şəbəkə istifadəçiləri One Finger Challenge adı altında selfilər paylaşırlar. Bu selfilərin sahibləri çılpaq olmalı və intim bölgələrini bir barmaqları ilə qapamalı idilər.
Cia.az
