|
Balacaboy uşağın suçu anasındadır
“Pediatrics” jurnalında yayımlanan yeni bir araşdırmaya görə, hamiləlikdən sonra depressiyada olan anaların uşaqları qısaboylu olur. 

6 min ana üzərində aparılan araşdırmaya görə, doğum sonrası 9 aylıq müddətdə orta və ciddi səviyyədə depressiya keçirən anaların körpələri öz yaşıdları ilə müqayisədə 10 faiz daha qısadır. Bunun səbəbi olaraq qeyd edilir ki, depressiyalı analar uşaqlarına bağlana bilmir. Bundan başqa, onlar həmin müddətdə uşaqlarına yaxşı baxa bilmirlər. 

Amma yenə də bu, elmi baxımdan tam təsdiqini tapmayıb. İngilis alimlər bunun üzərində yenidən işləməyi düşünürlər.