|
Xəzərin Azərbaycan sektorunda zəlzələ olub
Bu gün səhər saatlarında Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.
 
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, yeraltı təkanlar 3,2 bal gücündə qeydə alınıb.
 
Yerli vaxtla saat 05:35-də baş verən zəlzələ hiss olunmayıb.