|
"Yaprak dökümü"nün balaca aktrisası illər sonra

"Yaprak Dökümü" serialında (2006-2010) evin kiçik qızı Ayşeni canlandıran aktrisa Şəbnəm Cecelinin indiki görkəmi hamını heyran edir.
Hazırda 16 yaşı olan Şəbnəm serialdan sonra təhsilinə üstünlük verib. O, aktryorluq dərsi alır.
Dörd nəfərlik ailənin böyük uşağı olan Şəbnəm 5 yaşında aktrisa Ayla Alqandan dərs alıb. Elə həmin ildə agentliklərdən birinin diqqətini çəkərək "Yaprak dökümü"nə başlayıb:

"Ondan əvvəl heç bir layihədə iştirak etməmişəm. Serialın uzun çəkməsi, uğuru mənim üçün böyük təcrübə oldu".