ABŞ-ın Nyu-Meksika ştatında keçirilən hərbi təlimdə bir amerikalı əsgər həlak olub, bir nəfər isə yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb. Məlumata görə, hadisəyə səbəb ABŞ hərbi hava qüvvələrinin f16 qırıcısının səhvən hərbçilərə atəş açması olub.
Bildirilir ki, hadisə ABŞ hərbi hava qüvvələrinin "Holloman" bazasında baş verib.
Təyyarə bir neçə raket atıb və raketlərdən biri bir qrup hərbiçinin yanında partlayıb.
Yaralı əsgər dərhal xəstəxanaya yerləşdirilib və müalicədən sonra buraxılıb. Hadisənin səbəbləri araşdırılır.
Cia.az
