|
Filipp Lam qayıtdı

"Bavariya"nın kapitanı Filipp Lam zədəsini sağaldıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı müdafiəçi komanda ilə ümumi məşqlərdə iştirak edib.

Məşqdən sonra F.Lam açıqlamasında hər şeyin qaydasında olduğunu bildirib. Onun Almaniya bundesliqasının 19-cu turunda "Şalke"yə qarşı matda iştirak edəcəyi gözlənilir.

 Cia.az