|
"Rəcəb İvedik 5" Azərbaycanla bağlı qalmaqallı səhnəyə görə rekord qırdı - video

Azərbaycanla bağlı qalmaqallı səhnənin yer aldığı "Rəcəb İvedik 5" filminin anonsu izlənmə rekordu qırıb.

Filmin müəllifi və aktyoru Şahan Gökbakar bu barədə şəxsi səhifəsində bildirib.
Aktyor filmin anonsuna 25 milyon izləyicinin baxdığını yazıb. Gökbakar rekordu bu qeydlə paylaşıb:
"Rəcəb İvedik 5"in anonsunun izlənmə sayı ekrana sığmadı".

Qeyd edək ki, Türkiyə mətbuatı filmin anonsunun izlənmə rekordu qırmasının səbəbini Azərbaycanla bağlı səhnə ilə əlaqələndirib. 

Qeyd edək ki, filmin treyleri yayımlanar-yayımlanmaz "Recep İvedik"in azərbaycanlı idmançını bir zərbə ilə nokauta salması səhnəsi hər iki ölkədə etirazlara səbəb olmuşdu. Kəskin tənqidlərlə üzləşən Şahan Gökbahar videomüraciət yayaraq, filmdən azərbaycanlı idmançı ilə bağlı səhnənin çıxarıldığını qeyd etmişdi. O, Azərbaycanı qardaş ölkə kimi gördüyünü və ona qarşı yanlışlıq etməyəcəyini bildirmişdi.



Cia.az