|
Əfsanəvi rok ifaçısı dünyasını dəyişdi

Britaniyalı musiqiçi Con Uetton 67 yaşında vəfat edib.
Bu barədə musiqiçinin meneceri Martin Darvin bildirib.
Onun sözlərinə əsasən, əfsanəvi rok ifaçısı xərçəng xəstəliyi ilə uzunsürən mübarizədən sonra dünyasını dəyişib.

70-ci illərdə "King Crimson" qrupu ilə məşhurlaşan Con "Roxy Music", "Uriah Heep" kimi qruplarda çıxış edib. 1980-ci ildə isə onun "Caught İn the Crossfire" adlı ilk solo albomu işıq üzü görüb.

Cia.az