|
Emre Altuğ və Buse Narcı haqda əsl həqiqət belə üzə çıxdı - video

Özcan Dənizin keçmiş sevgilisi Buse Narcı Yeni il axşamını Emre Altuğun evində keçirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl 46 yaşlı ifaçı 24 yaşlı aktrisa ilə sevgili olduğunu inkar etsə də, lakin Busenin sosial şəbəkədə paylaşdığı bir foto Emrenin yalanının üstünü açıb. 

Belə ki, Yeni il gecəsi çəkilmiş şəkildə Narcının arxa tərəfində Altuğ və Çağla Şikelin övladlarından birinin fotosu görünür.

Qeyd edək ki, E.Altuğ model Ç.Şikel ilə 7 il evli olub. Cütlüyün bu nikahından 2 oğlu var.

Cia.az