Hollivud aktoru Eşton Katçerin bir müddət əvvəl Donald Trampın müsəlmanlara qarşı siyasətini tənqid etməsinin səbəbi məlum olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə “Twitter” səhifəsində yazan Eşton xanımı Mila Kunisin də qaçqın olduğunu vurğulayıb.
“Mənim həyat yoldaşım da Ukraynada baş verən soyuq müharibə zamanı qaçqın olaraq ABŞ-a gəlib. Bu məsələyə görə, sanki qanım qaynayır”, - deyə 38 yaşlı aktyor qeyd edib.
Qeyd edək ki, Katçer kinoaktyorlar Gildiyası mükafatlarının təqdimetmə mərasimində Trampın 7 müsəlman dövlətlərinin vətəndaşlarına ölkəyə girişi qadağan etdiyi sərəncam haqqında sərt çıxış edib.
O, qaçqınları dəstəkləyərək, onların da cəmiyyətin bir hissəsi olduğunu söyləyib. Aktyorun bu sözləri salonda gurultulu alqışlarla qarşılanıb.
Qeyd edək ki, ABŞ prezidentinin verdiyi yeni sərənxama əsasən, Suriya, İran, Sudan, Liviya, Somali, Yəmən və İraq vətəndaşları sığınacaq üçün ABŞ-a müraciət edə bilməzlər.
