|
Milli Məclisdə AZAL-ın işi yenə tənqid olundu

“Bu yaxınlarda bir tanışım Türkiyəyə, İstanbula getmişdi. Lakin o qayıdanda bilet tapa bilməyib. Ona başqa bilet satmaq istəyiblər, qiyməti isə 320 dollar”.

Bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

O deyib ki, məsələ ilə əlaqədar AZAL rəhbərliyi tədbir görməlidir:

“Sonradan o adam təyyarəyə minəndə görüb ki, nə qədər boş yer var. Bəs niyə bilet tapılmayıb? AZAL Türk Hava Yolları ilə əlaqə saxlamalı idi ki, görsünlər boş yer var, yoxsa yox”.

Cia.az